Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ÜST-dən XƏBƏRDARLIQ: "COVID-19"un başqa ştamlarının meydana çıxma təhlükəsi var" - FOTO


  • 0
ÜST-dən XƏBƏRDARLIQ: "COVID-19"un başqa ştamlarının meydana çıxma təhlükəsi var" - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ÜST-dən XƏBƏRDARLIQ: "COVID-19"un başqa ştamlarının meydana çıxma təhlükəsi var" - FOTO

"COVID-19" pandemiyasının qlobal formada sona çatdığının elan edilməsi bu təhlükədən bir dəfəlik qurtulmaq anlamına gəlmir. Yeni xəstəliklərin və ölümlərin artmasına səbəb ola biləcək başqa koronavirus ştamlarının meydana çıxma təhlükəsi var".

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus ÜST-ün Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində keçirilən iclasında deyib. 

Qebreisus növbəti dəfə baş tutması mümkün ola biləcək epidemiya ilə kollektiv və ədalətli mübarizə aparmağa hazır olduqlarını vurğulayaraq, 8 milyard insanın fövqəladə hallarda qorunmağa ehtiyacı olduğunu bildirib.

2017-2022-ci illərdə ÜST-ə üzv 133 ölkənin sağlamlığa zərərli məhsullara, o cümlədən tütün və şəkərli içkilərə yeni vergiləri artırdığını və ya tətbiq etdiyini xatırladan ÜST-ün baş direktoru trans yağlarının Dünya Qida Ehtiyatlarından çıxarılmasında da əhəmiyyətli irəliləyişlər olduğunu diqqətə çatdırıb.

Bir çox ölkənin ürək-damar xəstəlikləri üçün əsas risk faktoru olan duzun azaldılmasında da irəliləyiş əldə olunduğunu deyən Qebreisus, insanların daha sağlam yaşaması üçün ölkələrə dəstək verməyə davam etdiklərini bildirib.

Son Xəbərlər