Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Vəkil məhkəmə sənədlərində süni intellekdən İSTİFADƏ ETDİ


  • 0
Vəkil məhkəmə sənədlərində süni intellekdən İSTİFADƏ ETDİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Vəkil məhkəmə sənədlərində süni intellekdən İSTİFADƏ ETDİ

Aviaşirkəti məhkəməyə verən şəxsi müdafiə edən vəkil məhkəmə iddiasının hazırlanmasında süni intellektdən istifadə edib.

Xəbəroxu.Az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Vəkil Steven Şvarts, işində "ChatGPT" chatbotundan istifadə etdiyinə görə məhkəməyə verilə bilər.

Şvarts, "Avianca" təyyarəsində yemək arabasından diz zədəsi alan Roberto Mata adlı müştərini təmsil edirmiş. O, hakimə iddiaçıların təzminat istədikləri işlərin siyahısını təqdim etmək qərarına gəlib. Lakin vəkil bunun üçün "ChatGPT" chat botuna müraciət edib.

Süni intellekt, sorğu əsasında ona bir neçə oxşar işi verib, məsələn, “Martinez Delta Hava Yollarına” və “Durden KLM Royal Dutch Hava Yollarına qarşı”. Şvarts bütün lazımi sənədləri məhkəməyə təqdim edəndə "Avianca" komandası bu presedentlərin olmadığını aşkar edib - onları "chatbot"un icad etdiyini bildirib.

Alətdən istifadə edən vəkil məhkəmədə "onun məzmununun yalan ola biləcəyindən xəbərsiz olduğunu" deyib. “ChatGPT” istək əsasında orijinal mətn yaradır, lakin "qeyri-dəqiq məlumat yarada biləcəyini" xəbərdarlığı verir. Vəkilin müdafiə etdiyi məhkəmə işi bir adamın şəxsi zədələnməsi və bir aviaşirkəti məhkəməyə verməsi ilə bağlı idi. 

Lakin aviaşirkətin vəkilləri daha sonra hakimə məktub yazaraq, məhkəmədə istinad edilən bir neçə işi tapa bilmədiklərini bildiriblər.

Bir neçə müraciət zamanı məlum olub ki, 30 ildən çox vəkil olan Steven A Şvarts, əvvəlki oxşar işləri axtarmaq üçün “ChatGPT”dən istifadə edib.

Yazılı açıqlamasında cənab Şvarts deyib ki, o, əvvəllər heç vaxt hüquqi araşdırma üçün “ChatGPT”dən istifadə etməyib. Onun məzmununun yalan ola biləcəyindən xəbərsiz olduğunu söyləyib. 

O, bundan sonra heç vaxt süni intellektdən "əsliyyətinin mütləq yoxlanılması olmadan" hüquqi tədqiqatını "əlavə etmək" üçün istifadə etməyəcəyinə söz verib.

Son Xəbərlər