Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Yeni dünya nizamı başa çatıb": ABŞ-ın dövlət katibi


  • 0
"Yeni dünya nizamı başa çatıb": ABŞ-ın dövlət katibi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Yeni dünya nizamı başa çatıb": ABŞ-ın dövlət katibi

ABŞ dövlət katibi Antoni Blinken Soyuq Müharibədən sonra yaranan dünya nizamının bitdiyini deyib.

Xeberoxu.Az Xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Cons Hopkins Universitetində mühazirə oxuyarkən deyib.

Onun sözlərinə görə, onilliklər boyu davam edən nisbi geosiyasi sabitlik öz yerini Rusiya və Çin daxil olmaqla avtoritar qüvvələrlə artan qarşıdurmaya verib.

“Hazırda yaşadığımız şey Soyuq Müharibədən sonra yaranmış dünya nizamının gücünün sınağından daha çox şeydir. Bu, onun sonudur, bir gecədə baş vermədi", - Blinken vurğulayıb.

Birləşmiş Ştatların Dövlət katibi Rusiyanın Ukraynaya qoşun yeritmək qərarını BMT Nizamnaməsində təsbit olunmuş dünya nizamı üçün ən ciddi təhdid adlandırıb. Siyasətçi Çini dünya düzəninə ən ciddi uzunmüddətli təhdid kimi təqdim edib və onun fikrincə, dünyanın geosiyasi strukturunu dəyişmək üçün hərbi, diplomatik və iqtisadi imkanlara malikdir.

Son Xəbərlər