Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda 27, bölgələrdə 29 dərəcə isti olacaq


Bakıda 27, bölgələrdə 29 dərəcə isti olacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda 27, bölgələrdə 29 dərəcə isti olacaq

Sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xeberoxu.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.



Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti, dağlarda 5-10° isti, gündüz 12-17° isti olacaq.

Son Xəbərlər