Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin İdarə Heyəti COP29 tədbirləri çərçivəsində beynəlxalq konfransda iştirak edib


Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin İdarə Heyəti COP29 tədbirləri çərçivəsində beynəlxalq konfransda iştirak edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin İdarə Heyəti COP29 tədbirləri çərçivəsində beynəlxalq konfransda iştirak edib

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri tarix üzrə fəlsəfə doktoru etnoqraf Günay Həsənova və birliyin digər üzvləri 5,6 noyabr tarixlərində Qərbi Kaspi Universitetində təşkil olunan beynəlxalq konfransda iştirak ediblər.
 
“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans Qərbi Kaspi Universiteti, BMT-nin Dağ Əməkdaşlığı Proqramı, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və digər tanınmış təşkilatların birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə 200-dən çox iştirakçı qatılıb. Onların arasında Dağ Əməkdaşlığı Proqramının koordinatoru Sara Manuelli, Müasir Dağ Araştırmaları tədqiqatçısı Meri Sanseverino, Antverpen Universitetinin doktoru, tədqiqatçı Jan Kuls, Yaponiya Olimpiya Assosasiyasının keçmiş prezidenti Simon Seiçiro Maru, “Machaon International” Təşkilatının direktoru Svetlana Belova kimi beynəlxalq səviyyədə tanınan tədqiqatçılar fəxri qonaq kimi iştirak edib. Eyni zamanda Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin və daha 20 ölkədən qatılan 70-dən çox xarici qonaq konfransda yer alıb. 
 
Konfransın əsas müzakirə mövzuları dörd paneldə təqdim olunub: Qlobal dağ bioloji müxtəlifliyin qiymətləndirilməsi, Qlobal ekoloji problemlər, Dağ mədəniyyətləri, Dağ turizmi və iqtisadi təsirlər.
 
Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin nümayəndə heyəti öz tədqiqat işləri ilə konfransın Dağ mədəniyyətləri panelində məruzələr edib və müzakirələrdə iştirak ediblər.
 
Dünyanın qabaqcıl alimlərini, tədqiqatçılarını və təbiətsevərləri narahat edən qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına yönəlik tədbirlər sıraında duran bu konfransın da məqsədi dağ biomüxtəlifliyi, ekoloji problemlər, dağ mədəniyyətləri və turizmin dağlıq bölgələrə olan iqtisadi təsirlərinə dair elmi müzakirələr aparmaq, bu mövzularla bağlı həll yollarını qiymətləndirmək olub.
 
Konfransda təqdim olunmuş məqalələr “Scopus” və “Web of Science” elmmetrik bazalarında indeksləşib.

Son Xəbərlər