Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İctimai televiziyanın 18 yaşı tamam olur


İctimai televiziyanın 18 yaşı tamam olur
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İctimai televiziyanın 18 yaşı tamam olur

Bu gün İctimai Televiziyanın yaranmasından 18 il ötür.

Xeberoxu.Az-ın məlumatına görə,  İctimai Televiziya və Radio Yayımları Şirkəti əsasən reklam və dövlət ödənişləri ilə maliyyələşdirilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına dair 2004-cü il yanvar qanunu, 2010-cu ilin yanvar ayından televiziya lisenziyası haqlarından maliyyələşdirmə təmin etdi, lakin 2023-cü ildən etibarən bu qanunun bu hissəsi hələ tətbiq edilmir.

İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədlidir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 2005-ci il aprelin 16-da Yayım Şurasının 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilmişdir.

2005-ci il 29 avqust saat 17:00-da tarixində İTRYŞ-nin açılış mərasimi keçirilmişdir. İctimai Televiziya 2007-ci il 5 iyul tarixindən etibarən Avropa Yayım Birliyi (EBU)-nin üzvü seçilmişdir və 2008-ci ilin may ayından etibarən Avroviziya Mahnı Müsabiqəsini yayımlanır. 2008-ci ildə isə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Samir və Elnur duetiylə, "Day after Day" mahnısıyla təmsil olunmuşdur.

Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasından sonra 2012-ci ildə ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi 2012 Avroviziya Mahnı Müsabiqəsi İctimai Televiziya tərəfindən yayımlanmışdır. Müsabiqə paytaxt Bakı şəhərində yerləşən, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur.

2013-cü il aprelindən etibarən əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru təyin olunub. 2013-cü il mayın 27-dən 28-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi Respublika günündə (indiki Müstəqillik günündə) həyata keçirilib. İctimai Televiziyanın üçüncü loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapmışdı. Lakin budəfəki loqo üzərində "İTV" sözü daha aydın və anlaşıqlı formadadır. Loqo ekranın sağ yuxarı küncündə üfüqi istiqamətdə yerləşirdi.

Həmin il "Carçı" informasiya proqramının tərtibatı və studiyası yenilənib.

4 avqust 2014-cü il saat 17:00-da tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.

2015-ci il avqustun 28-də Azərbaycan Dövlət Filarmoniyasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin 10 yaşı münasibətilə keçirilən yubiley tədbirində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini Bahar Muradova, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, digər dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

1 iyun 2018-ci ildən etibarən İctimaİ Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov rəhbərlik edir.

2018-ci il avqustun 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin 13 illik yubileyi qeyd edilib. Həmin gündən etibarən dünyaca məşhur "Jeopardy!" verilişinin lisenziyası əsasında "61!", sentyabr ayından etibarən "Breyn rinq", oktyabr ayından etibarən isə "Brainest" verilişinin lisenziyası əsasında "Əlaçı" və "Nə? Harada? Nə Zaman?" intellektual oyunları efirə çıxır.

İctimai Televiziya 2018-ci ildən etibarən sosial şəbəkələrdə çox aktivdir. 2020-ci il sentyabr-dekabr aylarında televiziyanın Youtube portalı 150 milyondan çox baxış yığıb. 2021-ci ilin mayında 22 milyondan çox baxış yığıb. Tətil mövsümü olmasına baxmayaraq, aylıq 10–20 milyon arası izləyici sayı ilə indi də birincilik İTV-də qorunub-saxlanılır.

2018-ci il dekabrın 31-dən 2019-cu il yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilmişdir. Tamaşaçılar İctimai Televiziyanın sağ üst küncündə sarı rəngli loqo görməyə başlamışdılar. İctimai Televiziya tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start verib. Bununla da İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin İctimai Televiziyanın tamaşaçıları 2019-cu ili yeni format və sima ilə qarşılayıb.

2019-cu il sentyabrın 16-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verib.

Bundan başqa İTV Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edir.

2020-ci il avqustun 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin 15 illik yubileyi qeyd edilib.

Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına qarşı başlatdığı əks-hücum əməliyyatı ilə əlaqədar İctimai Televiziyanın proqram şəbəkəsi dəyişdirilib. Bütün efir siyasəti müharibə dövrünün reallıqlarından köklənib.

2020-ci il dekabrın 31-dən 2021-ci il yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilmişdir. Tamaşaçılar İctimai Televiziyanın sağ üst küncündə sarı rəngli loqo görməyə davam edir. İctimai Televiziya tamamilə yenilənmiş siması və təzə loqosu ilə qarşılayıb.

2021-ci il oktyabrın 8-dən etibarən "Səs Azərbaycan" (The Voice) televiziya şousunun premyerası olub: "Dörd aya yaxın müddət ərzində tamaşaçılar son dərəcə maraqlı və yüksək keyfiyyətlə istehsal olunan dünyaca məşhur televiziya formatının yerli lisenziyalı versiyasını izləyə bilirlər. Həmçinin, dekabr ayında İctimai Televiziya musiqisevərlərə 2021-ci il Avroviziya Uşaq Mahnı Yarışmasının (Junior Eurovision 2021) növbəti şousunu təqdim edib.

2022-ci il yanvarın 28-də "Azerspace-1" peykində HD yayım formatına keçib.

Xeberoxu.Az komandası olaraq yaranma günü münasibətilə İctimai televiziyanın bütün əməkdaşlarını təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Gününüz mübarək əziz həmkarlar!

Son Xəbərlər