Gündəlik məzənnə

9 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib


“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Hesabat-seçki konfransında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.

Xeberoxu.az bildirir ki, Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin, habelə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 

Daha sonra təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında videoçarx təqdim edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramin Cabbarov, VI çağırış millət vəkilləri Əziz Ələkbərli və Musa Qasımlı çıxışlarında təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. İdarə Heyətinin sədri dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına təşkilatın üzvləri adından öz dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib. Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 40-dan çox genişmiqyaslı layihə və 8 düşərgə həyata keçirilib. Həyata keçirilən layihələrdə 45,155 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 744 tədbirin icrası uğurla başa çatdırılıb. 

Birliyin media qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ş.Rəhmanlı qeyd edib ki, 2022-ci ilin avqust ayından 2024-cü ilin avqust ayınadək mətbuatda 52 media qurumu ilə əməkdaşlıq, 92-dən çox verilişlərdə iştirak edilib, 2570-dən çox xəbər portallarında xəbər dərc olunub.

İdarə Heyəti sədrinin hesabatı dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.

Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Həsənova, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.

“İRƏLİ” İctimai Birliyinin yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə namizədlərin adları elan olunaraq, seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib.


96d529cb-8be7-4031-bfea-692f0f44d289.jpg 105.43 KB



Son Xəbərlər