Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Konfrans iştirakçısı: "Konfransın mahiyyəti itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılmasından ibarətdir"


Konfrans iştirakçısı: "Konfransın mahiyyəti itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılmasından ibarətdir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Konfrans iştirakçısı: "Konfransın mahiyyəti itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılmasından ibarətdir"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçısı, politoloq Fuad Heydər Xeberoxu.Az-a tədbirlə bağlı təəssüratlarını bölüşüb.

"Tədbir Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin cənab Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirməsi ilə başladı. Cənab Prezident müraciətində bəzi mühüm əhəmiyyətli nüanslar haqqında bəhs etmişdi",- o, deyib.

Fuad Heydər açıqlayıb ki, beynəlxalq konfransın mahiyyəti itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılmasından ibarətdir.

"Konfransda Sabiq nazirlər və xarici səlahiyyətli şəxslər də iştirak edirdi.
Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall da konfransda çıxışı zamanı bildirdi ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozaraq itkin düşən azərbaycanlıların taleyi ilə bağlı məlumat verməkdən imtina edir.
Azərbaycan tərəfi sosial şəbəkələrdə bu məsələlərin həllinin tapılması üçün aktiv fəaliyyət göstərir. Xüsusilə sosial media platformalarında xüsusi həştəqlər yaradılır".

O, qeyd edib ki, konfransın təşkili ilə bağlı işlər aparılan zaman əsir və itkin düşmüş şəxslər haqqında müəyyən məlumatlar əldə olunub.

Xeberoxu.Az

Son Xəbərlər