Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mübariz Qurbanlı Tbilisidəki Cümə məscidində olub


Mübariz Qurbanlı Tbilisidəki Cümə məscidində olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mübariz Qurbanlı Tbilisidəki Cümə məscidində olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisidəki Cümə məscidində olub.

Xeberoxu.Az 
xəbər verir ki, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) din xadimləri ilə görüşüb, məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində olub.

GMİ-nin sədri hacı Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.

Görüşdə hər iki ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinin qorunması, zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elə həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Heydər Əlieyv Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.

DQİDK sədri, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Botanika bağında azərbaycanlıların panteonunu da ziyarət ediblər.

Son Xəbərlər