Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi AXC ömrünün nə qədər olacağı sual altında qalardı": DEPUTAT


"Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi AXC ömrünün nə qədər olacağı sual altında qalardı": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi AXC ömrünün nə qədər olacağı sual altında qalardı": DEPUTAT

1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsinin devirilməsi ilə Çar imperiyasının tərkibinə güc tətbiqi ilə daxil edilən xalqlar müstəqillik uğurunda mübarizəyə başladılar. Həmin xalqlardan biri də Azərbaycan xalqı olub. Milli demokratik ziyalılarımız başa düşürdülər ki, Cənubi Qafqazda sayına görə lider ölkə Azərbaycandır. Erməni xalqının bizə qarşı düşmənçilik hissi, rus qüvvələrinin onları dəstəkləməsi Azərbaycanı kimlərdənsə kömək almağa məcbur edirdi. Təssüflər olsun ki, köməklik edilmədi. Ona görə də, ermənilər Azərbaycan ərazilərində hədəflərini reallaşdırmaq üçün 1918-cı ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Qərbi Azərbaycan və digər bölgələrimizdə əhaliyə qarşı soyqırımı aktları törətdilər.

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov bildirib.

Millət vəkil Anar İsgəndərovun sözlərinə görə, o dövrün ziyalıları dərk etdilər ki, bizlərə kömək edəcək yeganə qüvvə Osmanlı imperiyasıdır.

"Həmin ilin mayın sonunda özgə ərazidə Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Cümhuriyyətimiz tarixi torpaqlarını düşmən əsarətindən azad etməli idi. Əfsuslar olsun ki, Bakı da xalqımıza düşmən olan qurum fəaliyyət göstərirdi. Elə bu səbəbdən Demokratik hökumət müvəqqəti olaraq mərkəzini Gəncəyə köçürtdü. Gəncədə də problemlər yarandı. Bakıda hakimiyyətdə olan Şamunyan iyirmi minlik ordusu ilə Gəncəyə hücum etdi. Bu zamanda Osmanlı ağır dövrlərini yaşayırdı. Buna baxmayaraq onlar Azərbaycanın xahişini eşidərək Qafqaz İslam Ordusu köməyimizə gəldi. Ordunun istiqlal savaşı Gəncədən Bakıya qədər davam edib. QİO-ya 29 yaşlı Nuru paşa rəhbərlik edirdi.
1918-ci ilin iyunun sonu-iyulun əvvəllərində Göyçayda Qafqaz İslam Ordusu ilə Bakı qoşunları üz-üzə gəldilər. Bir neçə gündən sonra milli qüvvələr Bakı sovetini məğlub etdilər. Bu döyüşdən sonra milli ordunun uğurlu yürüşləri başladı.
Orduda ərzaq, silah qıtlığı yaşaması səbəbindən Bakı ətrafında ilk döyüşü uğur gətirmədi. Azərbaycan ziyalılarının Qafqaz İslam Ordusuna müraciəti o qədər təsirili idi ki, Ordu Bakının azad etmək üçün yürüşünü davam etdirmək qərarını verdi. İyulun sonunda Bakı soveti istefa vermişdi. Onu əvəz edən  "Sentrokaspi diktaturası" birmənalı olaraq ermənilərdən ibarət idi. Quruma ingilis qüvvələri də köməklik göstərirdi. Düşmənin bütün  cəhdlərinə baxmayaraq, milli ordunun qarşısını almaq qeyri-mümkün idi. Bütün çətinlikləri dəf edərək sentyabrın 15-i 15 saatlıq ağır döyüşlərdən sonra Bakını düşmən əsarətindən azad etdi. Bu hadisədən sonra Bakı öz tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtında çevirildi".

Tarixçi Anar İsgəndərov tarixi hadisə ilə bağlı dövrün mənbələrində də bəhs edib.

"Dövrün mənbələri yazır ki, döyüşlərdən sonra Nuru paşa "Təzəpir" məscidinə dəvət olunur. Həmin ərəfələr Qurban bayramına təsadüf etdiyinə görə, Nuru paşanın ayağları altında o qədər qurban kəsilmişdi ki, Paşanın paltarları qan içində olub. Xalq Nuru paşanı alqışlayır. O, məscidə minbərə çıxaraq çıxış edib. Çıxışında bildirib: "Bu aylar ərzində iki qardaş xalq çiyin-çiyinə vuruşub, şəhid olanlarda bir yerdə olub, qanları da bir yerdə tökülüb. Bundan sonra qardaşları heç kim ayıra bilməz.
Ondan sonra Qafqaz İslam Ordusu böyük Azərbaycanlı xeyiriyyəçi Hacı Zeynalabdin Tağıyevin evinə qonaq getdilər. Onların şərəfinə ziyafət təşkil olunmuşdu. Tağıyev evin açarını Nuru paşaya vermək istəyəndə, Paşa bunu qəbul etməyib".

Deputatın fikrincə, 15 sentyabr tariximizin qurtuluş günüdür.

"Təsadüfi deyil ki, Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı dövlət başçımız İlham Əliyevin tarixi çıxışı olub. O, Milli Ordunun və Qafqaz İslam Ordusunun Bakının azad edilməsinə xüsusi önəm verdi. Azərbaycan Parlamenti 1918-ci ildə Osmanlı əsgər və zabitlərinə paytaxtın əzəmətli yerində abidənin qoyulmasına qərar versə də, sovet işğalı buna imkan verməmişdi. Nəhayət Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olarkən, 1999-cu ildə Şəhidlər Xiyabanında həmən abidə qoyulmuşdur.
Bu gün hər bir vətəndaşımız Şəhidlər Xiyabanına daxil olarkən vətən uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsinə dualar oxuyur, Allahdan onlara rəhmət diləyir. Əgər o zaman Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi AXC ömrünün nə qədər olacağı sualına cavab tapmaq çox çətin olacaqdı. Ən əsası odur ki, Azərbaycan və Türkiyə bu gün qardaşdılar. 2020-ci ilin 44 günlük Zəfər yürüşümüzdə yanımızda qardaş Türkiyəni gördük.
15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə də biz Türkiyə ilə rəsmən müttəfiq olmuşuq. Bu müqavilə iki xalqı həm qardaş, həm də dost kimi bütün dünyaya tanıdır.
Yaşasın Azərbaycan -Türkiyə qardaşlığı",-deyə millət vəkili qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər