Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qənirə Paşayevanın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb


Qənirə Paşayevanın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qənirə Paşayevanın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb.

 

Mərkəzi Klinikanın mətbuat xidmətindən Xeberoxu.Az-a bildirilib ki, Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.

“Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyə Cümhuriyyətinin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır,” – deyə məlumatda qeyd olunub.

Son Xəbərlər