Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qidaların daşınmasında nöqsanlar- Agentliyə hansı məlumatlar daxil olur?


Qidaların daşınmasında nöqsanlar- Agentliyə hansı məlumatlar daxil olur?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qidaların daşınmasında nöqsanlar- Agentliyə hansı məlumatlar daxil olur?

Qida məhsullarının daşınması və çatdırılması sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur. Əsasən qida məhsullarının daşınması və müştərilərə çatdırılması zamanı sanitariya norma və qaydaları ilə temperatur rejimi pozulur. Məhsulların saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydalarına əməl olunmur. Həmçinin emal edilmiş yarımfabrikat və hazır yeməklərin üzərində hazırlanma vaxtı yazılmır. İstifadə olunan alət və avadanlıqlar dezinfeksiya edilmir, xammal kimi istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan məhsullardan istifadə edilir, işçi heyət ilkin və dövri tibbi müayinədən keçirilmir və digər nöqsanlara yol verilir. Bu hallar isə istehlakçıların ciddi narazılığına və onların səhhətində problemlərin yaranmasına səbəb olur.

Xeberoxu.Az xəbər verir ki, nöqsanlarla bağlı istehlakçılar tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı mərkəzi”nə müxtəlif müraciətlər daxil olmaqdadır.

Vətəndaş şikayətləri əsasında Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlamalar həyata keçirilir. Yoxlamalar zamanı qida məhsullarının çatdırılması xidmətini göstərən bir sıra müəssisələrin qida məhsullarını daşıdığı termoblokların sanitar vəziyyətinin qənaətbəxş olmadığı və daşınma zamanı mal qonşuluğuna əməl edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi və çarpaz çirklənmələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi və.s. kimi pozuntular müəyyən olunub. Agentlikdən verilən məlumata görə, qurum tərəfindən 2023-cü il ərzində 10 keytrinq şirkətində planlı yoxlama da keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı 10 halda Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 1 müəssisədə emalın müvəqqəti məhdudlaşdırılması, 3 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan olunması, 2 müəssisədə işçi heyətin nöqsanlar aradan qaldırılanadək kənarlaşdırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib.

Son Xəbərlər