Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şənbə günü temperatur yüksələcək


Şənbə günü temperatur yüksələcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şənbə günü temperatur yüksələcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 22-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu olacaq, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 23-28° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacaq.

Son Xəbərlər