Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şeyx G20-nin dini konfransda iştirak edib


Şeyx G20-nin dini konfransda iştirak edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şeyx G20-nin dini konfransda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bütün Qafqazın şeyxi, şeyxülislam Hacı Allahşükür Paşazadə Ekumenik Patriarxatın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yerləşən Təhlükəsiz Cəmiyyətlər üçün Dinlərarası Alyansın birgə təşkilatçılığı ilə İstanbulda keçirilən “Praktiki əməkdaşlıq: Tək dünya, tək ailə, tək gələcəyə doğru” mövzusunda konfransda iştirak edib.

Xeberoxu.Az
QMİ-nin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, konfransda iqlim dəyişikliyi, ksenofobiya, terrorizm, nifrət çağırışları kimi müasir dünyanı təhdid edən hallar, qaçqın və məcburi köçkünlərin, eləcə də qadınların və uşaqların hüquqlarının qorunması məsələləri müzakirə olunub.

Xristian-müsəlman akademik dialoqu çərçivəsində təşkil edilən konfransın açılışında Ekumenik Patriarx Varfolomey çıxış etdikdən sonra söz şeyxülislam Allahşükür Paşazadəyə verilib. QMİ sədri Yer Kürəsində qlobal ekoloji və iqtisadi problemlərin, beynəlxalq sabitlik və təhlükəsizliyə ideoloji və praktiki maneələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin və dinlərarası dialoqun son dərəcə vacib olduğunu vurğulayıb.

Şeyxülislam dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyə böyük təhdid olan ksenofobiya təzahürləri, o cümlədən islamofobiya, xristianofobiya və antisemitizm hallarına toxunaraq qeyd edib ki, Avropanın bəzi ölkələrində dövlət orqanlarının razılığı ilə müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsi və yandırılması faktları dinləri və cəmiyyətləri nifrətə təhrik edən, qarşıdurmanı alovlandıran mənəvi terrordur.

QMİ sədri Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şeyxülislam bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizin bərpa edildiyini, işğaldan azad olunmuş torpaqlarımızda minatəmizləmə əməliyyatlarının davam etdirilərək yenidənqurma işlərinin aparıldığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan multikultural ənənələrə malik tolerant ölkədir. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini icra edir. Bu, dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramının göstəricisidir.

Konfrans çərçivəsində QMİ sədri Ekumenik Patriarx ilə də görüşüb. Tərəflər dinlərarası dialoqun vacibliyini, eləcə də müasir dünyanı təhdid edən problemlərin həllində dini liderlərin artmaqda olan nüfuzunu və rolunu məmnunluqla vurğulayıblar.

Son Xəbərlər