Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Xankəndidə vəziyyət kifayət qədər stabildir": Nazirlik rəsmisi


"Xankəndidə vəziyyət kifayət qədər stabildir": Nazirlik rəsmisi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Xankəndidə vəziyyət kifayət qədər stabildir": Nazirlik rəsmisi

"Biz Kəlbəcər, Fizuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurmuşuq. Bu düşərgələrin hər birində biz 1000-ə yaxın insanı yemək, su, elektrik enerjisi və istiliklə təmin edirik".

Xeberoxu.Az
xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Şuşaya səfər edən xarici hərbi attaşelərə məlumat verən zaman deyib.

“Xankəndiyə gəlincə isə, oradakı vəziyyət kifayət qədər stabildir. Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir. Bizim ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayaraq, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri həyata keçirir. Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir. Qanunsuz hərbi birləşmələrin təhvil verdiyi silah-sursat barədə ətraflı məlumat bir müddət sonra ictimaiyyətə təqdim olunacaq”, - o deyib.

Son Xəbərlər