Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ağcabədidə 3 maşın toqquşdu: ölən var


Ağcabədidə 3 maşın toqquşdu: ölən var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ağcabədidə 3 maşın toqquşdu: ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, hadisə iyunun 9-da saat 17 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində baş verib. Rayon sakini C.Quliyevin idarə etdiyi “VAZ-2107”, Beyləqan rayon sakini G.Aslanovun idarə etdiyi “Renault” və Ə.Savalanovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub.

Nəticədə C.Quliyev hadisə yerində ölüb, G.Aslanov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Son Xəbərlər