Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb


Azərbaycanda bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir neçə yolda avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyətlər aradan qaldırılıb.

 Xəöbəroxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə və yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Zağalı-Kollu-Çıraqlı, Çovdar-Çaykənd avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Son Xəbərlər