Gündəlik məzənnə

24 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda ər 20 yaşlı arvadını öldürdü, qayınanasını bıçaqladı


Azərbaycanda ər 20 yaşlı arvadını öldürdü, qayınanasını bıçaqladı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda ər 20 yaşlı arvadını öldürdü, qayınanasını bıçaqladı

Tərtərdə bu gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Xəbəroxu.Az apa-ya istinadla xəbərinə görə, bu gün Tərtər şəhər sakini, 20 yaşlı Leyla Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin səbəbi açıqlanıb. L. Məhərrəmovanın yaxınları bildirib ki, 23 yaşlı Sahib Əlizadə həyat yoldaşının ondan ayrılmasını istəmədiyi üçün qətlə yetirib.

O, ayrılıb atası evinə gedən L.Məhərrəmovanı öldürdükdən sonra, qayınanası Zülfiyyə Məhərrəmovaya da bıçaqla xəsarət yetirib.

Qətlə yetirilən qadının yaxınları Leyla Məhərrəmovanın dəfələrlə əri tərəfindən şiddətə məruz qaldığını deyiblər: “Balaca bacısı bizə zəng vurdu ki, bacımı öldürürlər gəlin. Biz çatanda Leyla artıq ölmüşdü. Sahib 2 gün əvvəl də gəlmişdi. Deyirdi ki, məndən ayrılsa, cehizini gətirsəniz, Leylanı öldürəcəm. Bu gün də evə gəlib, deyib ki, sözüm var. Anası düşünüb ki, bəlkə barışacaqlar, qapını açıb. Sahib deyib ki, sözü sizin yanınızda demirəm. Anası kənara çəkilən kimi qızı bıçaqla vurub”.

Leyla Məhərrəmovanın Sahib Əlizadə ilə nikahdan bir övladının olduğu bildirilir.

Son Xəbərlər