Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda məzun qəza törədib, xəsarət alanlar var - FOTO


Azərbaycanda məzun qəza törədib, xəsarət alanlar var - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda məzun qəza törədib, xəsarət alanlar var - FOTO

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə sürücü, N. Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

1686745208_6489aef0cb1096489aef0cb10a1686744816fdb6188f12524bade185eee34ddb0aaf-min.jpeg 61.17 KB

Son Xəbərlər