Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda OLAY: Xəstəxanadan çıxan piyadaları maşın vurdu


Azərbaycanda OLAY: Xəstəxanadan çıxan piyadaları maşın vurdu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda OLAY: Xəstəxanadan çıxan piyadaları maşın vurdu

Bərdədə xəstəxanadan çıxan üç piyadanı avtomobil vurub.

Xəbəroxu.Az-ın məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Bərdə rayonu Müalicə Diaqnostika Mərkəzindən çıxaraq yolu keçmək istəyən 34 yaşlı Hüsnü Sərdar qızı Mustafayeva, 63 yaşlı Sərdar Mustafa oğlu Mustafayev, 63 yaşlı Şəyidə Museyib qızı Abdullayevanı vurub.

Xəsarət alan hər üç şəxs ətrafdakı insanların köməkliyi ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır. Hadisə şahidləri bildirir ki, işıqforun qırmızı işığında avtomobillər dayanaraq piyadaya yol veriblər.

Bu zaman Kamaz markalı yük avtomobilinin sürücüsü yük avtomobilini dayandıra bilməyərək minik avtomobillərinə çırpılıb. Avtomobillər isə yolu keçən piyadaları vurub.

Son Xəbərlər