Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda polis 15 yaşlı qızı axtarır - FOTO


Azərbaycanda polis 15 yaşlı qızı axtarır - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda polis 15 yaşlı qızı axtarır - FOTO

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xəbəroxu.Az-a bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.


Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026)325-02-02 və 050-443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

1687432878_photo1687432773-min.jpeg 16.04 KB

Son Xəbərlər