Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanlı tələbə Türkiyədə mafiya üzvləri tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - VİDEO


Azərbaycanlı tələbə Türkiyədə mafiya üzvləri tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanlı tələbə Türkiyədə mafiya üzvləri tərəfindən dəhşətli işgəncələrə məruz qaldı - VİDEO

Türkiyədə azərbaycanlı gənc Ali Safa K.(şərti ad) narkotik mafiyası tərəfindən işgəncələrə məruz qalıb. 

 Xəbəroxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ali Safa K. mafiyaya məxsus Zonguldak Bülent Ecevit Universitetindəki ərazidə silahı itirib. Polislər həmin silahı tapdıqdan sonra Ali Safa K.-ni axtarmağa başlayıblar.

O, mafiyanı təhlükəyə atdığına görə evdə işgəncəyə məruz qalıb. Qaşıqla cinsi istismara məruz qalan Ali Safa K. öldürülmək üçün kimsəsiz yerə aparılarkən qaçıb və polisə sığınıb:

"Kimsəsiz bir yerə aparılacaqdım. Amma avtomobilə minən zaman qaçmağı bacardım. Dövlətə və polisə sığındım. Ac və susuz qaldım. Ailəmlə heç bir əlaqə qura bilmirdim. Əlimi və ayaqlarımı qırdılar. Çox şiddətli zərbələrə məruz qaldım. Son üç gün boyunca isə daha çox işgəncələrə məruz qaldım. Dırnaqlarımı çəkib çıxarmağa çalışdılar.

Odunla, yumruqla və təpiklə məni döydülər. Əllərimi bağladılar. Qışqırıb kömək istəyə bilməyim deyə ağzıma dəsmal tıxadılar. Mənim başıma gələnlər başqa bir gəncin başına gəlməsin deyə bütün başıma gələnləri polisə danışmağı qərara aldım. Bu mafianın çökməsi məni xoşbəxt etdi".

Onları ifşa edən və 1 ay yarım işgəncələrə məruz qalan 24 yaşlı Ali Safa K. mafiyanın bütün əlaqələri haqqında polisə məlumatlar çatdırıb. Onlar əməliyyat keçirərək 8 nəfərdən 2-sini həbs ediblər.

Son Xəbərlər