Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərişıq" ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb


"Azərişıq" ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərişıq" ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb

“Azərişıq” ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb, ibtidai istintaq tamamlanıb.

Bu barədə Xəbəroxu.Az-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, ötən il iyulun 28-i Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən rayonun Bum qəsəbəsi ərazisində elektrik xətlərinin yenilənməsi işləri aparılarkən Şəbəkənin iş içraçısı və nəzarətçisi Elxan Məmmədyarov baş mühəndis Natiq Əsədovun işlərin tamamlanması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsi, eləcə də səhlənkarlıq edərək xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Aqşin Ağasıyevin elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Natiq Əsədov və Elxan Məmmədyarova Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son Xəbərlər