Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda 20 yaşlı qız itkin düşüb


Bakıda 20 yaşlı qız itkin düşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda 20 yaşlı qız itkin düşüb

Bakıda 20 yaşlı gənc qız itkin düşüb.

Bu barədə Xeberoxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı sentyabrın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (051) 571-03-11, (055) 211-81-74, (050) 527-00-14, (012) 590-73-02 və (012) 456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Son Xəbərlər