Gündəlik məzənnə

27 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi


Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xəbəroxu.Az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

Son Xəbərlər