Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda narkotikin təsirində maşını əksinə sürən HƏBS EDİLDİ


Bakıda narkotikin təsirində maşını əksinə sürən HƏBS EDİLDİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda narkotikin təsirində maşını əksinə sürən HƏBS EDİLDİ

Bakıda narkotikin təsirində olan sürücü həbs edilib.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, aprelin 18-də saat 9 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil əks istiqamətdə hərəkət etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü, İsmayıllı rayon sakini İsrəfil Alızadənin narkotik vasitələrin təsiri altında avtomobili idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə protokol tərtib edilib.   
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Son Xəbərlər