Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda tələbə öldürüldü - YENİLƏNİB


Bakıda tələbə öldürüldü - YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda tələbə öldürüldü - YENİLƏNİB

Bakıda ötən gün törədilən qətllə bağlı yeni fakt üzə çıxıb. 

Xəbəroxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda bıçaqlanaraq öldürülən 20 yaşlı Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

***

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanılın.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə DİN Məlumat yayıb.

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

***

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu, Hidayətzadə küçəsində 20 yaşlı Kərimov Hikmət İlham oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Son Xəbərlər