Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 10 kilodan çox narkotik, silah götürüldü


Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 10 kilodan çox narkotik, silah götürüldü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 10 kilodan çox narkotik, silah götürüldü

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbəroxu.Az-a verilən məlumata görə, tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı isə qanunsuz odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Həmin şəxs ifadəsində Binə qəsəbəsində ona məxsus bir ədəd odlu silahı qazaraq torpağa basdırdığını bildirib. Rauf Hüseynovun dediyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 



Son Xəbərlər