Gündəlik məzənnə

18 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb - VİDEO


Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb - VİDEO

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

 XəbəroxuAz Xəzər TV-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar.

Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

Hadisə iyun ayının 6-sı baş verib. 2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

Son Xəbərlər