Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Borcu olan 90 nəfər saxlanıldı


Borcu olan 90 nəfər saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Borcu olan 90 nəfər saxlanıldı

İyunun 1-də ölkədə qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Son Xəbərlər