Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

DSX-nin hərbçisi özünü güllələyərək ÖLDÜRDÜ


DSX-nin hərbçisi özünü güllələyərək ÖLDÜRDÜ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

DSX-nin hərbçisi özünü güllələyərək ÖLDÜRDÜ

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

 Xəbəroxu.Az unikal-a istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

***

Məlumatına görə, Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE) 2000-ci il təvəllüdlü Rahil Əhmədov bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.



Son Xəbərlər