Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fotosu ilə gündəm olan məzun kimdir?


Fotosu ilə gündəm olan məzun kimdir?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fotosu ilə gündəm olan məzun kimdir?

Ötən gün ölkədə məzun gününün qeyd edildiyi bir vaxtda, sosial şəbəkələrdə yayılan bir foto sözün əsl mənasında ürək dağladı. Buna səbəb 11 illik məktəbi bitirən şagirdin məzun geyimində kuryer işlədiyi motosikletdə çəkilən şəklidir.

Xəbəroxu.Az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" proqramının çəkiliş qupu həmin məzunun fotosunu lentə alan fotoqraf Azər Azadoğlu ilə əlaqə saxlayaraq təsirli şəkil haqqında informasiya əldə edib. 

Fotoqrafın sözlərinə görə, sözügedən şəkil Binəqədi ərazisindəki məktəblərin birində çəkilib:
"Fotodakı məzunun adı Vüsaldır. Mən həmin an onun şəkilini çəkdim. Sonra paylaşmaq üçün yaxınlaşıb icazə aldım. Vüsalın atası vəfat edib. Ailədə 6 övladdırlar. 2 qardaş, 4 bacı... Evin ən böyük uşağı Vüsaldır. O, işləməyə məcbur olub. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Mən ona mənimlə işləməyi təklif etdim. Ona fotoqraflığı öyrədəcəm".

Son Xəbərlər