Gündəlik məzənnə

23 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı - VİDEO


Gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövruiyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb.

 Xəbəroxu.Az xəbər verir ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib. 
İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. 

Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatl

Son Xəbərlər