Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Günay Bank”da 70 milyon əmanətin taleyi məlum deyil - FOTO


“Günay Bank”da 70 milyon əmanətin taleyi məlum deyil - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Günay Bank”da 70 milyon əmanətin taleyi məlum deyil - FOTO

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin 2023-cü ilin birinci rübündə aktivlərinin həcmi 274 milyon 274 min manat olub.

 Xəbəroxu.Az oxu.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayının 1-nə olan hesabatında isə ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. Ötən ilin sonuna isə bu rəqəm 111 milyon 405 min manat olub.

“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.

Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib.

Hesab dövrünün rəqəmlərinə görə isə 70 milyon manat əmanətin taleyi məlum deyil.

1684310009_345021817_193239126957609_3642304973009000326_n-min.jpg 25.79 KB


Son Xəbərlər