Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İran və Rusiyadan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanılıb


İran və Rusiyadan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İran və Rusiyadan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 17 kiloqram 70 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə Xəbəroxu.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

İyunun 12-də saat 21:20-də “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 5 kiloqram 370 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

İyunun 13-də saat 08:00 radələrində “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası vətəndaşı 1991-ci il təvəllüdlü Dindar Əvəz Qədəməli tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İyunun 12-də saat 20:32-də “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1996-cı il təvəllüdlü Khermaza Bachir Hamza və 2002-ci il təvəllüdlü Chettouh Mohamed Abdelghani saxlanılmışdır.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilmişdir. Qeyd edilən faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Son Xəbərlər