Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı


İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı

İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə növbəti xüsusi əməliyyat keçiriblər. Nəticədə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib.
İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı  “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son Xəbərlər