Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Jiquli" kanala aşdı, sürücü öldü


"Jiquli" kanala aşdı, sürücü öldü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Jiquli" kanala aşdı, sürücü öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəroxu.Az-ın apa-ya istinadla məlumatına görə qəza Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri Namiq Eynullayevin idarə etdiyi "VAZ-2170" markalı (Lada Priora – red.) avtomobillə Miri Ağayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. 

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə qəza nəticəsində "VAZ-2104" markalı avtomobil, yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və "VAZ-2170" markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Son Xəbərlər