Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Kürdə batan azyaşlının meyiti tapıldı


Kürdə batan azyaşlının meyiti tapıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Kürdə batan azyaşlının meyiti tapıldı

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb.

Xəbəroxu.Az-ın xəbərinə görə, mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Son Xəbərlər