Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına 11 il həbs cəzası verilib - FOTO


Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına 11 il həbs cəzası verilib - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına 11 il həbs cəzası verilib - FOTO

Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.


Hökmə əsasən Nelli Fabriçnaya verilmiş ittihamla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya "Avtotransyol" və "Murov TSK"-nin rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
1681219421_0819f237-4110-4755-b011-25e0fbd62466.jpeg 369.24 KB


Son Xəbərlər