Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Narkotik təsiri altında maşın sürənlər saxlanıldı


Narkotik təsiri altında maşın sürənlər saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Narkotik təsiri altında maşın sürənlər saxlanıldı

Abşeron RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobillə  yol hərəkəti qaydalarını pozan, “VAZ-21150” markalı avtomobillə isə   avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbəroxu.Az-a verilən məlumata görə, “Ravon” markalı avtomobilin sürücüsü Mahir Abbasovun özünü qeyri adekvat aparması şübhə doğurduğundan tibbi müayinədən keçirilib və onun narkotik vasitə istifadə edərək avtomobil idarə etməsi müəyyən olunub. 

“VAZ-21150” markalı avtomobilin sürücü Şəmistan Mirişlinin isə nəqliyyat vasitələrini idarəetmə hüququnun olmadığı müəyyən edilib. O idarəetmədən kənarlaşdırılıb, nəqliyyat vasitəsi onun iştirakı ilə mühafizə olunan duracağa yerləşdirilib.
Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarları ilə Ş.Mirişli 15 sutka, M.Abbasov isə 30 sutka inzibati qaydada həbs ediliblər.

Son Xəbərlər