Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Polisdən "PRİUS" ƏMƏLİYYATI: 50 nəfər saxlanıldı-FOTO


Polisdən "PRİUS" ƏMƏLİYYATI: 50 nəfər saxlanıldı-FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Polisdən "PRİUS" ƏMƏLİYYATI: 50 nəfər saxlanıldı-FOTO

“Prius”dan 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbəroxu.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Maliyev və Bakı şəhər sakinləri Nəriman Əzimov və Elçin Ağayev sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı A.Maliyev, N.Əzimov və E.Ağayevin həmin narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 50 nəfər saxlanılıb.

WhatsApp Image 2023-06-16 at 10.12.24_1686896116-min.jpeg 121.25 KB

Son Xəbərlər