Qalmaqallı uşaq evinin direktoru İŞDƏN ÇIXARILDI
Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.
Xəbəroxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü zamanı bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.
Xatırladaq ki, Məhbubə Hüseynova ondan şikayət edən yeniyetmə ilə arasında yaranan qalmaqalla bağlı gündəmə gəlmişdi.