Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qazaxda narkotik satan şəxs saxlanıldı


Qazaxda narkotik satan şəxs saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qazaxda narkotik satan şəxs saxlanıldı

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Xəbəroxu.Az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Müşfiq Qasımov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 440 qram heroin, 570 qram marixuana, tramadol həbi, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. M. Qasımov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son Xəbərlər