Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qonşusunu dəmirlə qətlə yetirən kişiyə hökm oxundu


Qonşusunu dəmirlə qətlə yetirən kişiyə hökm oxundu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qonşusunu dəmirlə qətlə yetirən kişiyə hökm oxundu

Qonşusunun ürək nahiyəsinə dəmir alətlə zərbə vurub, onu qətlə yetirən Ceyhun Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2021-ci il dekabrın 19-da axşam saatlarında Xətai rayonu, Zığ yolu küçəsindəki 31 saylı evin həyətində baş verib.

İstintaqla müəyyən edilib ki, dekabrın 19-da saat 22 radələrində Ceyhun Rzayev yaşadığı binanın qarşısına gələndə qonşusu Vaqif Hüseynovun onun doğma oğlu Şiraslan Rzayevi və ögey oğlu Fyodor Dyatlovu döyməsini görüb. Mübahisəyə müdaxilə etdikdə qonşusu ona da yumruqla zərbə vurub. Bundan hiddətlənən C.Rzayev üzərində olan yastı tiyə tipli deşici-kəsici əşya ilə V.Hüseynovun döş qəfəsinə xəsarət yetirib.

Bir neçə dəqiqədən sonra hadisə yerinə Təcili Tibbi Yardım briqadası, ardınca isə polis əməkdaşları gəliblər. C.Rzayevi və 2 oğlunu bölməyə aparıblar. Zərərçəkmiş şəxs isə xəstəxanaya aparılarkən yolda ölüb.

İş üzrə dindirilmiş C.Rzayev bildirib ki, 2-ci qrup əlildir, əsəb xəstəsidir, hərbi xidmətdə olmayıb.
Məhkəmə iclasında C.Rzayev ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Rzayev 12 il müddətinə аzadlıqdan məhrum olunub.

Son Xəbərlər