Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi, ölənlər var


Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi, ölənlər var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi, ölənlər var

Rusiya vətəndaşı Azərbaycanda qəza törədib.

Baş Dövlət Yol Polisi İdarəsindən Xəbəroxu.Az-a verilən məlumata görə, Ələt-Astara yolunun 70-ci km-də Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi "Vaz-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub. 

Nəticədə "Vaz-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "Vaz-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsi olub.

Eyni zamanda "Vaz-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir.

"Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həmdə digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur".

Son Xəbərlər