Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Saatlıda ailə üzvləri hamilə qadını döydü - FOTO


Saatlıda ailə üzvləri hamilə qadını döydü - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Saatlıda ailə üzvləri hamilə qadını döydü - FOTO

Saatlı rayonunda hamilə qadın döyülüb.

 Xəbəroxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: “Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: “Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır. 

1685436094_mg_6919-min.jpeg 5.91 KB


Son Xəbərlər