Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabirabadda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinənlər saxlanılıb - FOTO


Sabirabadda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinənlər saxlanılıb - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabirabadda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinənlər saxlanılıb - FOTO

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xəbəroxu.Az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

1686373067_4adee8bd-f474-4662-aca8-ab63475d209e-min.jpg 43.06 KB

1686373077_fe4fc4f6-c7d2-4106-a0e3-e58c5eef752e-min.jpg 31.55 KB

Son Xəbərlər