Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sədərəkdə güclü yağış fəsadlar törədib - FOTO/VİDEO


Sədərəkdə güclü yağış fəsadlar törədib - FOTO/VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sədərəkdə güclü yağış fəsadlar törədib - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış sularının dolması barədə məlumat daxil olub.

Bu barədə Xəbəroxu.Az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.


Son Xəbərlər