Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sumqayıtda direktor cəzalandırıldı


Sumqayıtda direktor cəzalandırıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sumqayıtda direktor cəzalandırıldı

Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən quşçuluq müəssisəsində formalaşan tullantıların ərazidəki “Acıdərə” adlanan kanala atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Xəbəroxu.Az-a bildirib ki, araşdırma zamanı kanala axıdılan tullantıların yaxınlıqdakı “Murad Aqro” MMC quşçuluq təsərrüfatı müəssisəsinə aid olduğu müəyyən edilib.
Onun sözlərinə görə, çatışmazlıqların aradan qaldırılması və istehsalat zamanı formalaşan tullantıların düzgün idarə olunması məqsədilə müəssisə rəhbərinə məcburi göstəriş verilib: “Faktla bağlı akt, protokol tərtib edilib və müəssisənin direktoru Maqsud Əlizadə vəzifəli şəxs qismində cərimə olunub”.

Son Xəbərlər