Gündəlik məzənnə

24 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"VAZ-2106" ilə "Niva" toqquşdu - Xəsarət alan var


"VAZ-2106" ilə "Niva" toqquşdu - Xəsarət alan var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"VAZ-2106" ilə "Niva" toqquşdu - Xəsarət alan var

Bu gün  saat 11 radələrində Şəki şəhəri ərazisində rayonun Baş Zəyzid kənd sakini Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” və Kiçik Dəhnə kənd sakini İlham Səmədovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub.

Xəbəroxu.Az-ın məlumatına görə, toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

Son Xəbərlər